Ermənistanda katolikos II Qareginə cinayət işi açılıb
Ermənistan İstintaq Komitəsi bütün ermənilərin katolikosu II Qareginin keşişləri müxalifət mitinqlərində iştirak etməyə məcbur etməsi ilə bağlı yayılan səs yazısı əsasında cinayət işi açıb.
ERAmedia xəbər verir ki, Cinayət Məcəlləsinin “Hakimiyyət və ya xidməti səlahiyyətlərdən və ya onlardan irəli gələn təsirdən istifadə etməklə yığıncaq keçirməyə və ya orada iştirak etməyə mane olma və ya məcbur etmə, həmçinin yığıncaqda iştirak və ya iştirakdan imtina məqsədilə maddi maraq yaratma” maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, erməni kilsəsi internetdə yayılan və 2023-cü ildə arximandrit Natan Ovannisyan ilə katolikosun yaxın ətrafından olan keşiş Aqan Erndjakyan arasında olan söhbətin səs yazısının həqiqiliyini təsdiqləyib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanda altı keşiş tutulub, II Qareginin yepiskop qohumuna qarşı ittiham irəli sürülüb.