media-68fb8e810a79168fb8e810a792176131648168fb8e810a78f68fb8e810a790
media-bant_master

Ermənistan parlamenti kilsənin təsis etdiyi “Şoqakat” telekanalının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

ERAmedia xəbər verir ki, bu addım ölkədə ictimai yayım statusuna malik telekanalların sayının azaldılmasını nəzərdə tutan qanun dəyişikliyi ilə əlaqədardır.

Yeni qərara əsasən, kilsəyə və bir sıra ictimai təşkilatlara məxsus media qurumları ictimai yayım statusundan məhrum ediləcək. Bunun nəticəsində dini və mədəni proqramlar yayımlayan “Şoqakat” telekanalı fəaliyyətini dayandırmalı olacaq.


media-adspc

Bənzər xəbərlər