media-nikol-pashinyan-robert-kocharyan-and-samvel-karapetyan_20260515-125014-800x400

media-media-media-16-v4h2wr-huyz2v

Ermənistanda 7 iyun 2026-cı il tarixinə təyin edilən parlament seçkiləri ilə bağlı bu ölkənin siyasi havasında temperatur yüksəkliyi artan xətlə gedir.

ERAmedia-ya qonşu ölkədə gedən proseslər barədə fikirlərini bölüşən Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov seçki mühiti üçün xas vəziyyətin Ermənistanda da izlənilməsini təbii hal sayır.

Yeganə qeyri-təbii halın ölkədəki seçki kampaniyasına Rusiya Federasiyasının mümkün dövlət resurslarının cəlb edilməsi olduğunu deyən ekspert bunun çox vaxt ayı kobudluğu ilə baş verdiyini xatırladır.

Aprel ayının sonlarından Rusiyaya gedən iş miqrantlarının süni əngəllərlə üzləşməsi, “Cermuk” sularının satışdan çıxarılması, Ermənistana meneral gübrələr göndərilməsində fasilələrin yaranması ilə bərabər, “Paşinyan üçün yaradılan alternativlərə” ən yüksək səviyyədə informasiya dəstəyi göstərilməsini qeyd edən Firuz Novruzov bunları iqtidar üçün “əsəb testi” adlandırır: “Həmin fonda son rəy sorğularına əsasən, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mülki Müqavilə” partiyası seçki yarışında liderliyini qoruyub saxlamasını Ermənistan siyasi həyatının möcüzəsi adlandıran ekspert mayın birinci ongünlüyündə PolitPro və EVN Report / ArmES-in apardığı sorğuların nəticələri də təsdiq edir”.

Yekunda hakim  “Mülki Müqavilə” (Nikol Paşinyan) 44.9%32.5% ilə öndə getdiyi halda, lideri rusiyayönümlü Samvel Karapetyanın olduğu “Güclü Ermənistan” blokunun 18.5%, keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” Blokunun 9.1%, ermənistanlı oliqarx Qagik Tsarukyan sədri olduğu

Çiçəklənən Ermənistan”ın 7.6% qazanması, “qərarsız seçicilərin”, onlarsa ümumi seçicilərin 30%-dən çoxunu təşkil edir.

Bu reallıq isə “Mülki Müqavilə” partiyasının yeni parlamentdə təkbaşına hökumət qurmaq şansını saxlayır.

Ural Dəyirmançı

 


media-adspc

Bənzər xəbərlər