Ermənistanda Türk Qadınlar Birliyinin ilk rəhbəri olan xanım KİMDİR?
Fatma Əfəndiyeva XX əsrin əvvəllərində Azərbaycan maarifçiliyinin və qadın hərəkatının fəal nümayəndələrindən biri olub. O, həm ictimai-siyasi fəaliyyətində, həm də mədəni sahədə mühüm iz qoyub. Latın əlifbasına keçid və qadınların savadlanması istiqamətində apardığı işlər onu dövrünün qabaqcıl ziyalılarından birinə çevirib. Çətin repressiya illərinə baxmayaraq, onun fəaliyyəti Azərbaycan tarixində əhəmiyyətli yer tutur.
ERAmedia Fatma Əfəndiyeva ilə bağlı məlumatları təqdim edir:
Fatma Əfəndiyeva 1906-cı ildə Qaraqoyunlu mahalının Çəmbərək rayonunun Çaykənd kəndində doğulub. İlk təhsilini də Çaykənddə alıb.
1927–1929-cu illərdə Ermənistan SSR İctimai Təşkilatlar Komitəsində fəaliyyət göstərib. O, 1935-ci ildə Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi olmuş Bala Əfəndiyevin qızı və eyni zamanda həyat yoldaşı olub. Fatma Əfəndiyeva qadınların savadlanması uğrunda maarifçilik işi aparıb, təbliğatla məşğul olub.
Fatma Əfəndiyeva XX əsrin 20-ci illərində Ermənistanda latın əlifbasına keçidin öncüllərindən biri olub və həyat yoldaşı Bala Əfəndiyevlə birlikdə İrəvanın mədəni və maarif həyatında fəal rol oynayıb.
Bala Əfəndiyev 1938-ci ildə repressiyaya məruz qalaraq güllələndikdən sonra Fatma Əfəndiyeva da 8 il müddətinə azadlıqdan məhrum edilib. Hər ikisi təxminən 20 il sonra tam bəraət alıb.
1924-cü il dövlət teatrı ilə bağlı maraqlı hadisələrdən biri də budur ki, azərbaycanlı Fatma xanım Əfəndiyeva ilk dəfə İrəvanda səhnəyə çıxıb. Gənc aktrisa “İki yol və ya Məhəmmədəmin Azəri” pyesində Gülsüm rolunu ifa edib (“Yeni fikir”, 3 mart 1925-ci il).
Bala Əfəndiyevin təşəbbüsü ilə İrəvanda yeni əlifba ilə ana dilində nəşr olunan “Zəngi” və “Rəncbər” qəzetlərində də onun fəaliyyəti haqqında məlumatlar dərc edilib.
Fatma Əfəndiyeva 1982-ci ildə Bakıda vəfat edib.










