Ermənistanda “xarakari” çağırışları - ŞƏRH
“Sentyabrın 27-ni azərbaycanlılar 5 il əvvəl Respublikanın ərazi bütövlüyünü təmin etmək üçün son zərurət hesab edərək qoşulduqları müharibənin 5-ci ildönümünü Anım Günü ilə yad etdikləri məqamda Ermənistanda hələ də “Ermənistan hakimiyyəti illər ərzində əldə edilmiş ehtiyatları uduzaraq, əldə etdiyi böyük itkilərə səbəb oldu”- deyən parlament müxalifətinin təmsilçilərinin səsi gəlir”.
Bu fikirləri ERAmedia – ya Ermənistanda gündəmi şərh edərkən Regional məsələlər üzrə ekspert Firuz Novruzov bildirib.
Ekspert 5 il əvvəl başlayan 44 günlük müharibənin 5-ci ildönümündə o müharibənin mənbəyini göstərmədən məğlubiyyətin “səbəbkarlarını” göstərən Ermənistan parlamentində müxalifət fraksiya rəhbəri Seyran Ohanyanın jurnalistlərlə söhbətində səsləndirdiyi, hazırkı iqtidar partiyasının “ifşasına” yönələn fikirlərinin ölkədə ikrah doğurduğunu qeyd edib: “Təbii ki, Sarkisyan hökumətinin müdafiə naziri olan Ohanyan bu fikirləri ilə özünün və nəinki xanımının, hər ikisinin demək olar ki, ərki çatan bütün qohum-əqarabalarının adına özününküləşdirdikləri daşınmaz əmlakla bağlı məhkəmə qərarına qarşı “appelyasiya şikayətini” bu şəkildə “xalq mühakiməsinə” versə də bu, respontentlərin mütləq əksəriyyətinin etirazı ilə qarşılanıb”.
“Buna görədir ki, Serjik Sakisyanın sabiq müdafiə naziri, bugünkü parlament fraksiyasının “baş verənlərə görə məsuliyyəti Ermənistan hakimiyyəti daşıyır” sözləri o ölkədə qəzəb deyil, ironiya ilə qarşılanıb”– deyən Firuz Novruzov İrs Partiyasının lideri, 90-cı illərin əvvəllərində “günəş altında yer” axtaran keçmiş hakimiyyət təmsilçisi Raffi Hovhannisyanın “Ermənistan dövlətçiliyi şəraitində belə şərait yaratmağımız bizim və bizim nəslimiz üçün biabırçılıqdır”- sözlərini şərh edir: “Raffinin “beləliklə, bu, bizə, bizim nəslə, bu biabırçılıqdan, bu ağrıdan, bu faciədən qurtulmağımız üçün tövsiyədir: sağalmaq, ümidini itirməmək və nəhayət, Yerablurda istirahət edən qəhrəmanlara layiq olmaq”- sözləri ötən əsrin 60-cı illərindən üzü bəri Ermənistan cəmiyyətini sərsəm ideologiya ilə bəsləyənlərə ləyaqətli insanların seçəcəyi yolu bir daha göstərməkdir: Bu Gündoğan ölkədə qururunun tapdandığı şəxsin seçdiyi intihar yoludur və o yolu yaponlar “xarakari” adlandırlar.