media-videoedited
media-3jcvnbb4qwfbqd5teqwzxug74tvqgeyjn7bgsugh
media-shehidler_olmez_baner_full

Ermənistan baş nazirinin imzaladığı sənədə əsasən Xarici İşlər Nazirliyinin nəzdində Avropaya inteqrasiya departamenti yaradılacaq.

media-media-f-k-foto-4ti6fl-221x300

Qurumun yaradılması ilə bağlı Nikol Paşinyanın imzaladığı sərəncamı ERAmedia-ya şərh edən Regional məsələlər üzrə ekspert Firuz Novruzov bu qərarın gözlənilməz yox, ölkədə başladılan prosesin tərkib hissəsi olduğunu deyir: “2024-cü ilin sonlarında “vətəndaş təşəbbüsü” kimi səslənən, 60 min nəfərin imzaladığı petisiyanı hökumət bu ilin fevralında parlamentin müzakirəsinə göndərdi. Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük istəyinin “xalqın iradəsini ifadə etdiyini, ölkənitəhlükəsiz, inkişaf etmiş və firavanetmək məqsədi daşıdığını” ehtiva edən qanun layihəsi martin 26-da parlamentin 64 üzvünün lehinə, yeddisi isə əleyhinə səs verilməsi ilə qəbul edilib”.

Apreldə Ermənistan prezidenti Vaaqn Xaçaturyanın ölkənin Avropa İttifaqına daxil olmaq niyyətini bəyan edən qanunu imzaladığını xatırladan ekspert Nikol Paşinyanın “sənəd üzvlüklə bağlı rəsmi müraciət deyil. Bu, sadəcə olaraq Aİ ilə tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində strateji kursu əks etdirir”– sözlərini yada saldı.

Artıq qüvvəyə minən Qanunda arzuedilənlərin həyata keçməsi üçün Ermənistanın “riskli yollar keçməli olduğunu” xatırladan Firuz Novruzov qanun layihəsinin parlamentin müzakirəsinə çıxarıldığı vaxtlarda Kremlin reaksiyasına toxundu: “Bu ölkənin Ermənistandakı səfiri Sergey Kopırkin “Ermənistan həm Avrasiya İqtisadi Birliyinin, həm də Avropa İttifaqının üzvü ola bilməz, seçim edilməlidir. Bir dövlət eyni vaxtda iki gömrük ittifaqının üzvü ola bilməz”. Rusiya baş nazirinin müavini Aleksey Overçuk isə “Ermənistanın Aİ-yə daxil olması Titanikdə bilet almağa bənzəyir”.  Qanunun imzalanması isə yeraltı suların üzə çıxmasıdır”.

 

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər