media-3133

media-586558143_25741927448747956_210003658585365986_n

2026-cı il Ermənistanı təkcə praqmatik erməni siyasətçiləri deyil, erməni cəmiyyətinin  böyük əksəriyyəti üçün belə görünür: “Müstəqilliyin 35-ci ildönümündə sivilizasiya seçimi ilə qarşılaşırıq. 2018-ci ilin Ermənistanı yoxdur. 2026-cı il var və onun reallıqları mövcuddur”.

Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov ERAmedia ilə söhbətində belə deyib və onu şərtləndirən amilləri açıqlayıb: “Ermənistanla Azərbaycan arasında yaxın zamanlarda reallaşacaq sülh müqaviləsi fonunda gəlişən iqtisadi münasibətlərin çəkisində müşahidə olunan artım “Azərbaycan və Türkiyə ilə yeni münasibətlər qurmalıyıq”- fikrini aktuallaşdırır”.

Perspektivdəki yolun qonşular üçün heç də asan keçiləcəyi mənasına gəlmədiyi demək olduğunu xatrırladan ekspert, diqqəti ölkədəki ən ciddi hadisələrdən birinin, Ermənistan ordusunun 34-cü ildönümü ilə bağlı iqtdidar, parlament müxalifəti və Erməni Apostol Kilsəsi təmsilçilərinin ünvanladığı təbrik məktublarında qabardılan məsələlərin ümumi kontekstinə yönəldib: “Vəziyyəti tez bir zamanda dəyişə, ordunun gücünü və ruh yüksəkliyini bərpa edə, davamlı sülhü təmin edə bilərik”.

Məktubu imzalayanların parlament fraksiyaları yaradacaq sayda deputatlarla təmsil olunan siyasi güclərin başında dayandığını qeyd edən regional təhlükəsizlik məsələləri üzrə ekspert, Baş nazir Paşinyanın təbrik məktubundan sitat çəkir:

“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub və sülhdən daha etibarlı təhlükəsizlik qarantiyası yoxdur”.

Ekspert, həmçinin Baş nazirin “Beynəlxalq legitimlik hər şeydən üstün olmalıdır” fikrinə toxunur, bunun ancaq Ermənistan deyil, region ölkələrinin  hamısı üçün eyni- transmilli və regional layihələrlə ölçüldüyünü qeyd edir.

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər