Ermənistanın güləşçiləri Bakıya gəlib
Ermənistanın 17 yaşadək sərbəst güləş üzrə milli komandası Bakıda keçiriləcək U-17 dünya çempionatında iştirak etmək üçün Azərbaycana gəlib.
ERAmedia xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, komanda yarışın keçiriləcəyi məkana çataraq hazırlıqlara başlayıb. Yeniyetmələr arasında dünya çempionatı yaxın günlərdə Bakıda start götürəcək və müxtəlif ölkələrdən yüzlərlə idmançı mübarizə aparacaq.
Qeyd edək ki,güləş üzrə U-17 dünya çempionatı 27 iyul-2 avqustda Bakıda keçiriləcək.










