media-326564
media-bant_master

Ermənistan Parlamentinin sədri Alen Simonyan noyabrın 26-da jurnalistlərlə söhbətində bildirib ki, “Mən özümə uyğun vaxtda Azərbaycana səfər etməyə hazıram”.

ERAmedia ermənidilli mətbuata istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin rəhbəri noyabr ayının 26-da yerli jurnalistlərin suallarını cavablandırarkən deyib.

Alen Simonyan əlavə edib ki, o, Azərbaycandan həmkarını “formatlardan biri çərçivəsində” Ermənistana dəvət etmək niyyətindədir.

Parlament sədrinin Azərbaycana səfər etmək üçün dəvət alıb-almadığı ilə bağlı bağlı sualına cavabında, o, bunu təkzib edib, lakin belə bir dəvət alarsa, bunu nəzərdən keçirəcəyini vurğulayıb.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər