media-photo_2025-05-13_12-19-29
media-bant_master

2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.

ERAmedia-nın məlumatına görə, bu barədə Panorama.am Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə istinadən xəbər verir.

Proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.

Təşəbbüs dövlət təhsil proqramı çərçivəsində həyata keçirilir.


media-adspc

Bənzər xəbərlər