Əsədin həbsinə order verilib
Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsədin həbsinə order verib.
ERAmedia -nın xəbərinə görə, bu barədə “SANA” agentliyi məlumat verib. “2011-ci ildə Dəraada baş verən hadisələrlə bağlı ittihamlar üzrə Bəşər Əsədin qiyabi həbsinə dair order verilib”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, Bəşər Əsəd 2024-cü il dekabrın 8-də silahlı müxalif qüvvələrin Dəməşqə daxil olmasından sonra Suriya prezidenti vəzifəsini tərk edib və ölkədən qaçıb.