Əsgərini qorumaq üçün canını fəda edən mayor
Vətən Müharibəsində əsgərini qoruyarkən şəhid olan mayor Sadiq Həsənovun doğum günüdür.
ERAmedia xəbər verir ki, 1986-cı ildə anadan olan Sadiq Həsənov 2020-ci il Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı istiqamətlərində 23 gün ərzində şücaətlə döyüşüb.
Mayor Sadiq Həsənov oktyabrın 20-də Qubadlı rayonunun Balasoltanlı kəndi istiqamətində gedən döyüşlər zamanı öz əsgərini düşmən mərmisindən qorumaq üçün onun üzərinə atılaraq həyatını itirib.
Vətən qarşısında öz borcunu sonadək yerinə yetirən Sadiq Həsənov göstərdiyi qəhrəmanlıqla döyüş yoldaşlarının və xalqın yaddaşında əbədi iz qoyub.
Şəhid mayorun yadigarı isə Lalə və İnci adlı iki qız övladıdır.
Sadiq Həsənovun qəhrəmanlığı Vətən Müharibəsi tarixinin unudulmaz səhifələrindən biri kimi daim xatırlanır.
Vüsalə










