media-628349503_10161877441885997_8716605463620549352_n
Dünya İqtisadi Forumunun sonuncu risk hesabatında dezinformasiya dünya ölkələrinin və cəmiyyətlərinin qarşısında duran əsas təhdid kimi ön sırada göstərilir. Yaxın 3 ildə bu risk ilk TOP-3-ə daxildir.
​Sosial medianın inkişafı və süni intellekt həllərinin həyatımıza daxil olması dezinformasiyanın istehsalını və yayılmasını paralel olaraq sürətləndirib.
​Hazırda ciddi təhsili, analiz qabiliyyəti olmayan şəxslər Zurnalistika sahəsinə daxil olub, like, reklam və sosial tanınmaq üçün media məkanını kütləvi zibilləməklə məşğuldurlar.
​Hələ belə bir Zurnalistə mükafat verib, ona diqqət ayıranda, o da güzgüyə baxıb, mükafata baxıb ciddi şəkildə jurnalist olduğunu düşünməyə başlayır. Zibilləmə sürətini artırır. Ancaq bir mükafat Zurnalisti jurnalist etmək imkanına malik deyil.
​Zurnalistlər indi elə bağırırlar ki, dəqiq xəbər qalıb kənarda, ictimaiyyət onlara istinad edir. Bu çox zərərli tendensiya almaqdadır. ​Müstəqilliyin ilk illərində insanlar gündəlik həyatını falçının dediyi ilə qururdular, indi o falçıları bu Zurnalistlər əvəz edib.COVİD-in vaksini tapıldı və dünya o virusdan xilas oldu, indi oturub bu dezinformasiya virusundan xilas olmaq yollarını tapmaq lazımdır.
Əsl Jurnalistlər baş tacıdır!!!
P.S: Bəlkə belə Zurnalistləri müəyyən etmək üçün bir standart müəyyən edək ?
Aqil FAMİLOĞLU,
Politoloq

media-adspc

Bənzər xəbərlər