Əslən azərbaycanlı general-mayora hökm oxunub
Rostov-na-Donu Qarnizon Hərbi Məhkəməsi Rusiya Milli Qvardiyasının Təchizat İdarəsinin keçmiş rəis müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyevi 9 il müddətinə azadlıqdan məhrum edib.
ERAmedia xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
53 yaşlı M.Mirzəyev külli miqdarda rüşvət almaqda təqsirli bilinib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək.
İstintaq məlumatına əsasən, general-mayor 2023-cü ildə anbar inşası üçün modullar istehsal edən şirkətin rəhbərliyindən 140 milyon rubl məbləğində rüşvət alıb.
Xatırladaq ki, general 2024-cü ilin noyabrında Moskvada həbs edilmi









