media-17911839335936857588_1200x630

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) sənədlərin “SİMA İmza” vasitəsilə imzalanması imkanı yaradılıb.

ERAmedia-ya Dövlət Agentliyindən bildirilib ki, indiyədək portalda sənədlərin elektron qaydada imzalanması zamanı “ASAN İmza” və “SİMA Token”dən istifadə imkanı təmin edilmişdi. Artıq mövcud üsullarla yanaşı, “SİMA İmza”nın da tətbiqi mümkündür.

Hazırda təchizatçı şirkət rəhbərinin şirkətin maliyyə hesabatını, eləcə də Dövlət Vergi Xidmətindən arayışın əldə olunması ilə bağlı müraciəti “SİMA İmza” vasitəsilə imzalaması imkanı portalda mövcuddur. Bu, sənədlərin elektron qaydada imzalanması prosesinin sadələşdirilməsinə, satınalma iştirakçılarının vaxt itkisinin və əməliyyat yükünün azaldılmasına, prosesin daha çevik həyata keçirilməsinə şərait yaradır.

Bundan əlavə, portalda elektron imza vasitələrinin sayının artırılması istifadəçilərə uyğun imza üsulunu seçmək imkanı verir və elektron xidmətlərdən istifadə əlçatanlığını genişləndirir.


media-adspc

Bənzər xəbərlər