Ətli kükü
- Dadlı TAM İLƏ
Tərkibi :
300 q çəkilmiş ət
5 yumurta
1 böyük soğan
Yarım dəstə keşniş
Yarım dəstə şüyüd
Duz, qara istiot
Yağ
Hazırlanması:
Soğanı xırda doğrayıb yağda bir az qovurun. Çəkilmiş əti əlavə edib bişirin. Duz və istiot vurun.
Göyərtiləri xırda doğrayın. Yumurtaları çırpın, göyərti və bişmiş əti əlavə edib qarışdırın.
Tavaya yağ töküb qarışığı əlavə edin. Qapaq altında zəif odda hər iki tərəfini bişirin.
İsti halda servis edin. Nuş olsun!
Tamilla Manaf









