ETSN-in əməkdaşları qan veriblər - FOTO
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) növbəti qanvermə aksiyası təşkil olunub.
ERAmedia-ya bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə yardım məqsədi daşıyan aksiyada nazirliyin əməkdaşları iştirak edərək, könüllü qan donorluğuna töhfə veriblər.
Aksiya Respublika Qan Bankının xüsusi tibbi briqadası tərəfindən həyata keçirilib. Qanvermə öncəsi donorların sağlamlıq vəziyyəti həkim-hematoloqlar tərəfindən qiymətləndirilib, müayinədən sonra qan götürülüb.
Qeyd edək ki, toplanan qan ehtiyacı olan xəstələr üçün istifadə ediləcək.









