ETSN kollektivi şəhidlərin xatirəsini yad edib - FOTO
27 Sentyabr – Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi (ETSN) Zəfər parkını ziyarət edib.
ERAmedia-ya ETSN-dən bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, Zəfər abidəsinin önünə gül dəstələri qoyulub.











