media-videoedited
media-euronews_logo
media-shehidler_olmez_baner_full

“Euronews” Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 12-ci Sammitindən reportaj hazırlayıb.

ERAmedia xəbər verir ki, materialda dəyişən geosiyasi dinamika və artan iqtisadi potensial fonunda türk dövlətlərinin qlobal arenada yeni çəki qazandığı qeyd olunur.

“Onların artan nüfuzu Azərbaycanının tarixi şəhəri Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Prezidentlərinin 12-ci Sammitinin əsas mövzusuna çevrildi. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, həmçinin müşahidəçi dövlətlər — Türkmənistan və Macarıstanın liderləri ticarət, nəqliyyat, su ehtiyatları və kosmik texnologiyalar da daxil olmaqla 40-dan çox sahədə əməkdaşlığın dərinləşdirilməsinə dair görüş keçirdilər”, – deyə “Euronews”un materialında bildirilir.

Qeyd olunur ki, əsas təşəbbüslər arasında “TDT plyus” formatının işə salınması təklifi durur. Bu format üzv ölkələrdən kənarda tərəfdaşlıqları genişləndirməyə imkan verəcək, Özbəkistanın müdafiə əməkdaşlığının gücləndirilməsi və iqtisadi məsələlər üzrə daimi Katibliyin yaradılması barədə müttəfiqlərinə müraciəti, eləcə də Qazaxıstanın süni intellekt sahəsində birgə layihələrin inkişafı üçün etdiyi dəvət yer alır.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər