media-images
media-bant_master

Gürcüstanda keçirilən yerli seçkilərlə bağlı “exit-poll”un nəticələri açıqlanıb.

ERAmedia  xəbər verir ki, “İmedi” televiziya şirkətinin sifarişi əsasında keçirilmiş “exit-poll”un nəticələrinə görə, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası paytaxt Tbilisidə 76,3 faiz, ümumilikdə Gürcüstan üzrə isə 81,6 faiz səs toplayaraq qalib gəlib.

“Güclü Gürcüstan-Lelo” partiyası 7,1 faiz, “Qirçi” – 6,8 faiz, “Konservativ Gürcüstan” partiyası isə seçicilərin 3 faizinin etimadını qazanıb.


media-adspc

Bənzər xəbərlər