media-ads-728x90
media-1740144619fahriye_burakk
media-ads-728x90

Fahriye Evcen və Burak Özçivitin ailəsində söz-söhbətlər səngimək bilmir. 

ERAmedia Türkiyə mətbuatına istinadən xəbər verir ki, indi də cütlüyün ailəsində zorakılıq iddiaları səslənir.

Qonşular onların evində dava-dalaş səsləri eşitdiklərini, bir-birilərinə səslərini yüksəltdiklərini bildiriblər. Məlumatlara görə, onların tətili zamanı da mübahisəsi davam edib.

Fahriye Evcen isə bu xəbərləri yayanları məhkəmə ilə hədələyib.

“Ailə dəyərlərinə bir az hörmətiniz olsun. Ailəmiz haqqında bu cür yalan məlumatların yayılması davam edərsə,  hüquqi tədbir görüləcək”,-deyə aktrisa öz instaqram stasundakı paylaşımında qeyd edib.

Qeyd edək ki, bir müddət öncə cütlüyün boşandıqlarına dair məlumatlar yayılmışdı. Fahriye Evcenin instaqram profilindən “Özçivit”  soyadını çıxarması boşanma şayiələrinə səbəb olmuşdu.

Onun ərinin soyadını yenidən profilinə əlavə etməsi, bunun ardınca sosial media hesablarında birlikdə çəkdirdikləri fotonu paylaşması pərəstişkarları tərəfindən “hər şey yaxşıdır” mesajı kimi şərh edilmişdi.


media-ads-728x90

Bənzər xəbərlər