media-1788293365204264979_1200x630

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadın voleybolçulardan ibarət milli komandamızın baş məşqçisi Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat təqdim olunub.

ERAmedia xəbər verir ki, mükafat təcrübəli mütəxəssisə qardaş ölkədə voleybolun inkişafındakı xidmətlərinə görə verilib.

Mükafatı Faiq Qarayevə İstanbulda keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində baş tutan Türkiyə – Azərbaycan qarşılaşmasında Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ təqdim edib.


media-adspc

Bənzər xəbərlər