media-19-1753440095
media-bant_master

Gələn ildən Azərbaycanda faizsiz kreditlər təqdim oluna bilər. Bu barədə Mərkəzi Bankın maliyyə sektorunun Davamlı İnkişaf departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən Azərbaycan “Halal Biznes Forumu”nda danışıb.

O, ERAmedia-ya açqlamasında qeyd edib ki, hüquqi və tənzimləyici baza formalaşdıqdan sonra banklar müəyyən islam bankçılığı məhsullarını təqdim etməyə başlayacaqlar. Beynəlxalq təcrübə nəzərə alınaraq təhlükəsiz və mərhələli yanaşma seçilib. İlkin mərhələdə İslam bankçılığı məhsulları ənənəvi banklar daxilində İslam pəncərəsi modeli ilə təqdim olunacaq. Bu məhsulların tətbiqi üçün hüquqi və tənzimləyici çərçivənin hazırlanması mülki vergi məcəlləsi bankçılıq qanunu və digər normativ aktlara dəyişiklik üzərində işlənilir. Mərkəzi Bank bu dəyişiklikləri bank sektoruna təqdim edib.

Xatırladaq ki, son illərdə Azərbaycanın maliyyə sektorunda müşahidə olunan yeni trendlər arasında İslam bankçılığına marağın artması diqqət çəkir.


media-adspc

Bənzər xəbərlər