Fars körfəzi "qan rəngi"nə boyandı - VİDEO
Fars körfəzinin suları qanı xatırladan qırmızı rəng alıb.
ERAmedia xəbər verir ki, sosial şəbəkələrdə İranın Hörmüz adasından yayılan videolar diqqət çəkib. Kadrlarda güclü yağışdan sonra sahilboyu ərazilərdə axan suların parlaq qırmızı rəng aldığı, qayalardan süzülərək dənizə töküldüyü görünür. Nəticədə “qan rəngli” axınlar okean sularına qarışaraq dənizin rəngini dəyişib.
Bu barədə yazan “Daily Mail” qəzeti qeyd edir ki, İohannın “Vəhy” kitabında dünyanın sonuna yaxın dənizlərin qızaracağı barədə qeyd var. Lakin İranda müşahidə olunan bu “qırmızı yağışlar” elmi cəhətdən Hörmüz adasında dəmir oksidi ilə zəngin qırmızı torpaqların mövcudluğu ilə izah olunur.
Tədqiqatçılar müəyyən ediblər ki, adanın unikal kimyəvi tərkibə malik torpaqları milyonlarla il ərzində formalaşıb və şist, gil, vulkanik süxurlar və 70-dən çox mineral qatını əhatə edir. “Daily Mail”in məlumatına görə, Hörmüz adasında üstünlük təşkil edən qırmızı rəng dəmir oksidinin (hematitin) mövcudluğu ilə bağlıdır. Bu maddə əsrlər əvvəl baş vermiş vulkanik proseslər nəticəsində yaranıb.
Vural









