media-3vjadnqbkgpnczf0yjd5nid7tqlxgrg4fyjseigc_1200

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Fənərbağça” (Türkiyə) səfərdə “Şturm Qraz” ilə (Avstriya) qarşılaşıb.

ERAmedia xəbər verir ki, görüş İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

“Fənərbağça”ya qalibiyyət gətirən qolu Anderson Taliska 66-cı dəqiqədə penaltidən vurub. Tərəflər arasında ilk görüşdə də “Fənərbağça” rəqibini məğlub etmişdi – 2:0.

İki oyunun nəticəsinə görə “Fənərbağça” turnirin pley-off mərhələsinə yüksəlib. Türkiyə klubu bu raundda “Lion” – “Sparta Praqa” cütünün qalibi ilə üz-üzə gələcək.


media-adspc

Bənzər xəbərlər