media-1660255635224827045_1200x630

Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirib.

ERAmedia xəbər verir ki, İstanbul təmsilçisi Polşada “Qurnik”lə üz-üzə gəlib. “Zabje Arenası”nda reallaşan görüşdə heç-heçə qeydə alınıb.

İstanbulda keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanan Türkiyə təmsilçisi 2 görüşün nəticəsinə əsasən növbəti raunda vəsiqə qazanıb.

“Fənərbağça” III təsnifat mərhələsində “Şturm” (Avstriya) klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, növbəti raundun ilk matçları avqustun 4-5-də, cavab görüşləri isə avqustun 11-də təşkil olunacaq.


media-adspc

Bənzər xəbərlər