“Fənərbağça” – “Qalatasaray” oyunu – tarix açıqlandı
Türkiyə Futbol Federasiyası (TFF) 2025-2026-cı illər Trendyol Superliqa mövsümünün ilk yarısında keçiriləcək derbi matçlarının tarixini açıqlayıb.
ERAmedia Türkiyə mediasına istinadən xəbər verir ki, Super Liqanın 7-16-cı həftələrinin oyun cədvəli məlum olub.
Cədvələ əsasən, derbi matçları aşağıdakı tarix və saatlarda oynanılacaq:
Bazar günü, 14 sentyabr 2025, 20:00: “Fənərbağça” – “Trabzonspor”;
Bazar günü, 2 Noyabr 2025, 20:00: “Beşiktaş” – “Fənərbağça”;
Şənbə, 4 oktyabr 2025, 20:00: “Qalatasaray” – “Beşiktaş”;
Şənbə, 1 Noyabr 2025, 20:00: “Qalatasaray” – “Trabzonspor”.