media-ads-728x90
media-1667720509_14828318732377632834_1000x669
media-ads-728x90

Futbol üzrə Türkiyə Superliqasında IV turun daha iki oyunu keçirilib.

ERAmedia xəbər verir ki, “Fənərbağça” səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb. Joze Mourinyo ilə yolların ayrılmasından sonra ilk matçında İstanbul təmsilçisi Ankarada inamlı qələbə qazanıb – 3:1. Qarşılaşmada hesab 14-cü dəqiqədə avqotolla açılıb. Meydan sahiblərinin heyətində Pedu Pereyra topu öz qapısından keçirib. Qonaqların digər 2 qolunu isə Yussef En-Nesiri vurub. “Gənclərbirliyi”nin yeganə qoluna isə Dmitrios Qutas imza atıb.

Günün digər matçında isə “Başakşəhər” evdə “Eyüpspor”la qolsuz heç-heçə edib.

Qeyd edək ki, tura bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq.


media-ads-728x90

Bənzər xəbərlər