media-12b0edf3-c6c1-4737-98bc-fc1485feef1a
media-bant_master

UEFA Avropa Liqasının 6-cı turunda “Fənərbaxça” 11 dekabrda səfərdə Norveçin “Brann” komandası ilə qarşılaşacaq.

ERAmedia xəbər verir ki, UEFA-nın yaydığı məlumata görə, Brann Stadionunda Türkiyə vaxtı ilə 23:00-da başlayacaq oyunu fransız hakim Villi Delajod idarə edəcək.

Ona yan xətdə Ervan Finjean və Valentin Evrard yardım edəcəklər. Görüşün dördüncü hakimi isə Jeremi Stinat olacaq.

VAR sisteminə Erik Vattelye, AVAR-a isə Mark Bollonje təhkim edilib.

Bu gün Çempionlar Liqasında “Qalatasaray” səfərdə Fransanın “Monaco” klubu ilə üz-üzə gələcək.

UEFA daha əvvəl də “Qalatasaray”ın “Ajax”la səfərdə oynadığı və 3:0 hesabı ilə qalib gəldiyi matçdan sonra “Fənərbaxça”nın “Viktoria Plzen” ilə səfər oyununa hollandiyalı hakim Allard Lindhoutu təyin etmişdi. Həmin qarşılaşmada verdiyi qərarlar “Fənərbaxça”lıların narazılığına səbəb olmuşdu.

“Fənərbaxça” matçdan sonra Lindhoutdan UEFA-ya şikayət edib və bu vəziyyətdən narahatlığını bildirmişdi.

“Fənərbaxça”nın səfərdə “Brann”la oynayacağı oyuna da, “Monaco”–”Qalatasaray” qarşılaşması öncəsi “Plzen” matçına bənzər şəkildə fransız hakimin təyin olunması “Fənərbaxça” azarkeşlərini şübhələndirib.

“Plzen” oyunundakı kimi bir idarəçiliklə qarşılaşmaq istəməyən “Fənərbaxça” azarkeşləri UEFA-nın bu məsələdə diqqətsiz davranmasına, “Monaco”–”Qalatasaray” matçı öncəsi edilən hakim təyinatına etiraz edir və sosial mediada bu vəziyyətdən narahatlıqlarını ifadə edirlər.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər