“Fənərbaxça” Liqada ilk qələbəsini qazanıb
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində II turun oyunları keçirilir.
ERAmedia-nın məlumatına görə, turnirdə Türkiyəni təmsil edən yeganə komanda olan “Fənərbaxça” öz meydanında Fransanın “Nitsa” klubu ilə üz-üzə gəlib.
Oyunun taleyi ilk hissədə həll olunub.
Kerem Aktürkoğlunun dublu İstanbul klubuna 3 xal qazandırıb – 2:1.