media-thumbs_b_c_9c6d03f23f42d079f9d5ad79131d0d20
media-bant_master

Türkiyə Kubokunun C qrupunun açılış matçında “Fənərbaxça” və “Beşiktaş” komandaları üz-üzə gəlib.

ERAmedia xəbər verir ki, gərgin keçən İstanbul derbisi qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 33-cü dəqiqədə “Beşiktaş”ın futbolçusu Vatslav Çerni açıb. Meydan sahibləri 43-cü dəqiqədə Marko Asensionun penaltini dəqiq yerinə yetirməsi ilə tarazlığı bərpa etsələr də, qələbə topunu oyunun son saniyələrində yenidən Vatslav Çerni vurub. 90+1-ci dəqiqədə dublunu rəsmiləşdirən Çerni komandasına mühüm 3 xal qazandırıb.

Qeyd edək ki, bu nəticədən sonra turnirə qələbə ilə başlayan “Beşiktaş” növbəti turda, yanvarın 15-də “Ankara Keçiörəngücü”nü qəbul edəcək. Yanvarın 14-də isə ilk oyunda məğlub olan “Fənərbaxça” səfərdə “Beyoğlu Yeni Çarşı”nın qonağı olacaq.


media-adspc

Bənzər xəbərlər