Fərid Qayıbov CECECO-nun icraçı direktoru ilə görüşüb
Sentyabrın 28-də gənclər və idman naziri Fərid Qayıbov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubova ilə görüşüb.
ERAmedia-ya bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Görüş zamanı gənclər sahəsində əməkdaşlığın inkişaf perspektivləri, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.










