media-17691548194255911194_1200x630

Yanvarın 23-də gənclər və idman naziri Fərid Qayıbov Qubadlı rayon və Sumqayıt şəhər sakinləri ilə görüşüb.

ERAmedia-ya Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdən əvvəl Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Sumqayıt Gənclər Evində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir onların müraciətlərinin həlli üçün müvafiq göstərişlər verib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda yanvar ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.


media-adspc

Bənzər xəbərlər