media-img_20240228_130531_700_x_460_piksel1709210354

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan yeni təyinat alıb.

 ERAmedia AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.

Lütfəliyeva B qrupunun Kosovo – Moldova (12 aprel), Moldova – Litva (18 aprel) matçlarının baş hakimi, Kosovo – Litva (15 aprel) görüşünün ehtiyat hakimi olacaq. Digər referi Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.


media-adspc

Bənzər xəbərlər