media-xmv9vosgoeaqty3vqaa3cmvvveis6cdo5flkimoa_1200
media-bant_master

Bakının Nizami küçəsində baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

ERAmedia-ya bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Noyabrın 25-də saat 18:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami küçəsindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kişi) tüstüdən zəhərlənmə diaqnozu ilə zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub”, – məlumatda qeyd olunub.


media-adspc

Bənzər xəbərlər