media-ads-728x90
media-facebookpoke-1757056696101
media-ads-728x90

“Meta” şirkəti feysbuka bir zamanlar populyar olan “Poke” (“dürtmək”) funksiyasını yenidən qaytarır. 

ERAmedia xəbər verir ki, bu barədə məlumat sosial şəbəkənin rəsmi instaqram hesabında paylaşılıb.

Bildirilib ki, həmin funksiyadan feysbukun mobil tətbiqində istifadə etmək mümkün olacaq. Tətbiqdə kimlərin sizi “Poke” etdiyini göstərən xüsusi səhifə mövcud olacaq.

Qeyd edək ki, “Poke” düyməsi ilk olaraq 2004-cü ildə yaradılmışdı. Lakin daha sonradan funksiyaya maraq azaldığından 2014-cü ildə tətbiqdən ləğv edilmişdi.


media-ads-728x90

Bənzər xəbərlər