FHN 278 nəfəri təhlükəsiz əraziyə təxliyə edib
İntensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi işləri Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.
Nazirliyin mətbuat xidmətindən ERAmedia-ya bildiriblər ki, görülmüş tədbirlər nəticəsində ümumilikdə 278 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.









