media-17814498702015343953_1200x630

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən ERAmedia-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazidə 700 kvadratmetr sahədə qamışlıq və kol-kos yanıb.

Ətraf ərazilər və kommunikasiya xətləri yanğından mühafizə olunub.


media-adspc

Bənzər xəbərlər