FHN-də yeni TƏYİNAT
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissəsinə yeni rəis təyin edilib.
ERAmedia “Qaynarinfo”ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Xaspulatov Anar Əlimurad oğlu “N” saylı hərbi hissənin rəisi təyin olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən hərbi hissənin rəisi polkovnik-leytenant Seyidəhməd Nurayev vəzifəsindən azad edilərək FHN-in Bakı Alayının komandiri təyin edilmişdi.









