FHN kollektivi Ulu Öndərin məzarını ziyarət edib - VİDEO
10 may 2026-cı il tarixində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla anılıb.











