FHN Kür çayında batan şəxsin axtarışlarına başlayıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən ERAmedia-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş – 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.









