media-ads-728x90
media-5b27801d-9a8e-30d4-98d0-e017be44e44c_850
media-ads-728x90

“Neftçi” basketbol klubu FIBA Avropa Kubokuna Rumıniyada hazırlaşacaq.

ERAmedia-ya verilən məlumata görə, “ağ-qaralar” bu məqsədlə sentyabrın 4-də adıçəkilən ölkəyə yollanacaq.

Paytaxt təmsilçisi 2 həftəlik hazırlıq müddətində 6 yoxlama oyunu keçirməyi planlaşdırıb. Ardınca Bakıya qayıdacaq “flaqman” Azərbaycan çempionatının oyunlarına hazırlaşacaq.

Qeyd edək ki, “Neftçi” Avropa Kubokunun I qrupunda “Kalev/Kramo” (Estoniya), “Bursaspor” (Türkiyə) və “Trefl” (Polşa) klubları ilə mübarizə aparacaq.


media-ads-728x90

Bənzər xəbərlər