FIFA bu DÇ-dən bu qədər pul qazanıb
FIFA bu yay baş tuan dünya çempionatından əldə olunan rekord gəliri açıqlayıb.
ERAmedia xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Məlumata görə, ali futbol qurumu turnirdən 15 milyard dollar (25,5 milyard AZN) gəlir əldə etdiyini bəyan edib. Bu, əvvəlcədən proqnozlaşdırılan 11 milyard dollardan xeyli çoxdur.
Bildirilib ki, gəlirin artmasına əsas səbəb VIP paketləri və biletlərin, xüsusilə də ikinci satış bazarında yüksək qiymətə satılması olub. FIFA bu satışlardan həm alıcıdan, həm də satıcıdan 15 faiz komissiya alır.
Qeyd edək ki, İspaniya-Argentina finalı üçün satışda qalan VIP biletlərin qiyməti bir nəfər üçün 34 min 500 dollar (58 min 600 AZN) təşkil edir.









