media-fifa

FIFA 2025-ci il klublararası dünya çempionatında iştirak etməyən klublara vəd olunan təxminən 250 milyon dollar həcmində həmrəylik ödənişlərini indiyədək etməyib.

ERAmedia “Daily Express”ə istinadən xəbər verir ki, bu vəsait turnirdən əldə olunan gəlirin bir hissəsini bütün futbol sistemi üzrə bölüşdürmək, iştirakçı klublarla digərləri arasındakı fərqin həddindən artıq böyüməsinin qarşısını almaq məqsədi daşıyır.

Əvvəlcə nəzərdə tutulurdu ki, bütün ölkələrin yüksək liqalarında çıxış edən hər bir klub 67 500 dollar alacaq, lakin indiyədək heç bir ödəniş həyata keçirilməyib.

Turnir 2025-ci il iyunun 14-dən iyulun 13-dək ABŞ-də 32 komandanın iştirakı ilə keçirilib. Yarışın qalibi finalda PSJ-ni 3:0 hesabı ilə məğlub edən “Çelsi” olub.

“Daily Express” yazır ki, hazırda 2029-cu ildə keçiriləcək növbəti klublararası dünya çempionatının təşkili də təhlükə altındadır. Turnirin ev sahibi hələ müəyyənləşdirilməyib, həmçinin FIFA ilə Avropanın aparıcı klubları arasında iştirakla bağlı razılıq əldə olunmayıb.

Turnirə ev sahibliyi etməkdə Avstraliya və Yeni Zelandiya, Braziliya, Almaniya, Meksika və İngiltərə maraqlıdır. Lakin mənbənin məlumatına görə, ən real namizədlər Qətər və ya ABŞ-dir.


media-adspc

Bənzər xəbərlər