media-17732315775031538140_1200x630

Azərbaycanda keçiriləcək “FIFA Series – 2026”nın oyunlarına biletlər satışa çıxarılıb.

ERAmedia-ya AFFA-dan bildirilib ki, Azərbaycan, Oman, Syerra Leone və Sent Lüsiya millilərinin iştirakı ilə təşkil olunacaq turnirin martın 27-də baş tutacaq ilk matçlarına bilet satışı “iticket” vasitəsilə həyata keçirilir.

“Dalğa Arena”da keçiriləcək Oman – Syerra Leone və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq Azərbaycan – Sent Lüsiya oyunlarının biletlərini artıq əldə etmək mümkündür.

Biletlərin qiymətləri 3-10 manat təşkil edir.


media-adspc

Bənzər xəbərlər