media-1792135536604719828_1200x630

Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi tərəfindən keçirilən 2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi” yekunlaşıb.

ERAmedia-ya Agentlikdən bildirilib ki, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Kinematoqrafiya, audiovizual və rəqəmsal əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurası”nın qərarına əsasən, pitçinq mərhələsində iştirak edən 31 layihədən 18-i Agentlik tərəfindən istehsalına dəstək göstərilməsi üçün seçilib.

Ümumilikdə, 18 qalib layihəyə limit xərclər cədvəllərinə əsasən 2.763.861 AZN maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.

Bununla yanaşı, Ekspert Şurasının qərarına əsasən 5 layihə Bədii Keyfiyyətə Nəzarət Komissiyasının iştirakı ilə təkmilləşdirilməklə növbəti ilin “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin pitçinq mərhələsində birbaşa iştirak hüququ qazanıb.


media-adspc

Bənzər xəbərlər