media-456352

“Mən xoşbəxt sənətkar deyiləm. Çünki o boyda səs hər yerdə eşidilməli idi. O səs eşidilmədi, onu boğdular. Mənim səsimin taleyi yox idi, olmadı da… Xoşbəxt sənətkar ola bilmədim”.

ERAmedia axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “Xəzər axşamı” verilişində deyib. O, xoşbəxt qadın da ola bilmədiyini etiraf edib:

“Amma xoşbəxt ana oldum. Bu, ən önəmlisidir. Xoşbəxt qadın da ola bilmədim. Çünki hər dəfə başıma qara kəlağayı bağlayanda düşünürdüm ki, nə vaxt bitəcək bu işgəncə?”.


media-adspc

Bənzər xəbərlər