media-videoedited
media-176036511249935867_1200x630
media-shehidler_olmez_baner_full

Qazaxıstanın Qızılorda şəhərində keçirilən “Dədə Qorqud mirası: Türk dünyasının ortaq epik dəyərləri” adlı beynəlxalq elmi-praktik konfrans çərçivəsində AMEA-nın Folklor İnstitutu ilə Özbəkistan Elmlər Akademiyasının Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyi arasında elmi əməkdaşlıq haqqında memorandum imzalanıb.

ERAmedia -ya Folklor İnstitutundan bildirilib ki, memorandumun məqsədi Azərbaycan və Özbəkistan alimləri arasında elmi əməkdaşlığı möhkəmləndirmək, ortaq elmi layihələr həyata keçirmək və türk xalqlarının ortaq folklor irsinin tədqiqini genişləndirməkdir.

Sənəddə tərəflərin birgə elmi layihələrin hazırlanması və icrası, elmi kadrların hazırlanmasına dəstək və təcrübə mübadiləsi, ortaq elmi konfransların, simpoziumların və seminarların təşkili, arxiv və əlyazma materiallarının öyrənilməsi və birgə nəşrə hazırlanması, elmi məlumatların və nəşrlərin mübadiləsi, ortaq elmi ekspedisiyaların təşkili istiqamətlərində fəaliyyət göstərməsi nəzərdə tutulur.

Memorandum Azərbaycan, özbək və ingilis dillərində tərtib olunub və beş il müddətinə qüvvədə olacaq. Sənədi Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev və Dövlət Ədəbiyyat Muzeyinin direktoru filologiya elmləri doktoru, professor Cabbor Eşonkulov imzalayıblar.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər