media-1

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

ERAmedia xəbər verir ki, tədbiri giriş sözü ilə açan institutun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev qadın əməkdaşları bayram münasibətilə təbrik edib, onların elmi və ictimai fəaliyyətinin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Azərbaycan qadını tarixən milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi missiyasını layiqincə yerinə yetirib. Direktor qeyd edib ki, Folklor İnstitutunda çalışan qadın alimlər xalq yaradıcılığının toplanması, tədqiqi və nəşri istiqamətində mühüm elmi nəticələr əldə edir, folklorşünaslıq elminin inkişafına əhəmiyyətli töhfələr verirlər.
Hikmət Quliyev çıxışında Azərbaycan cəmiyyətində qadınların rolunun dövlət səviyyəsində yüksək qiymətləndirildiyini də qeyd edib. O vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət idarəçiliyindəki fəaliyyəti Azərbaycan qadınlarının ictimai həyatda daha fəal iştirakına mühüm töhfə verir. Direktor həmçinin bildirib ki, Mehriban xanım Əliyevanın humanitar və mədəniyyət sahəsində həyata keçirdiyi layihələr milli-mədəni irsin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıyır və bu istiqamətdə çalışan alimlər üçün də mühüm stimul yaradır.
Daha sonra institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova çıxış edərək qadın əməkdaşları bayram münasibətilə təbrik edib, onlara elmi və şəxsi həyatlarında uğurlar arzulayıb. O qeyd edib ki, Folklor İnstitutunda çalışan qadın tədqiqatçılar elmi araşdırmaların aparılmasında və müxtəlif elmi nəşrlərin hazırlanmasında fəal iştirak edir, onların əməyinin nəticəsi olaraq institutda mühüm monoqrafiyalar və folklor topluları nəşr olunur.
Tədbirin sonunda institutun əməkdaşları Leyla Məmmədova, Elnarə Əmirli, Xalidə Məmmədova, Səadət İbrahimli, Cəmilə Novruzova, Rza Xəlilov və Gülsümxanım Hasilova çıxış edərək qadın əməkdaşları qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, ailə səadəti və elmi fəaliyyətlərində yeni uğurlar arzulayıblar. Çıxışlarda Azərbaycan qadınlarının cəmiyyətin müxtəlif sahələrində, xüsusilə elm və mədəniyyət sahəsində göstərdikləri fəallıq vurğulanıb, onların milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsində mühüm rol oynadıqları qeyd edilib.


media-adspc

Bənzər xəbərlər