Folklor İnstitutunda TƏYİNAT

Filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Qurbanov AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
ERAmedia xəbər verir ki, bununla bağlı İnstitutun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev əmr imzalayıb.
Hikmət Quliyev yeni şöbə müdirini Aşıq yaradıcılığı şöbəsinin kollektivinə təqdim edib.
Qeyd edək ki, Tacir Qurbanov orta təhsilini vətəni Ağbabada alıb, Bakı Dövlət Universitetini bitirib. O, 2000-ci ildən etibarən Folklor İnstitutunda çalışır. 2011-ci ildə “Ağbaba aşıq mühiti” mövzusunda filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edərək elmi dərəcə alıb. Uzun illər Azərbaycan radiosunda yayımlanan “Xalq yaradıcılığı. Bulaq” verilişlərinin ssenari müəllifi kimi də fəaliyyət göstərib.









